tob tob
Go to Home

REPERTUAR

pb  
OPERA TAMAŞALARI
plinev  
*****
Üzeyir Hacıbəyli
Leyli və Məcnun
məlumat
Leyli və Məcnun Operası

Leyli və Məcnun Operası

“ Leyli və Məcnun “

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Şərq və müsəlman aləmində ilk opera tamaşasıdır. Bu opera ilk dəfə 1908-ci il yanvarın 12(25) səhnəyə qoyulmuşdur. Həmin vaxtdan fasilasiz olaraq 102 ildir ki, “Leyli və Məcnun” operası Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarıda möhkəm yer tutur. 2008-ci ildə bütün musiqi ictimaiyyəti “Leyli və Məcnun” opersının 100-illik yubileyini böyük təntənə ilə qeyd etmişdir.
Ötən dövr ərzində bu tamaşa bir neçə dəfə yeni quruluşda səhnəyə qoyulmuşdur. 1908-ci ildə tamaşa aktyor və rejissor Hüseyn Ərəblinski tərəfindən səhnəyə qoyulmuşdur. Sonralar müxtəlif illərdə Mehdi Məmmədov, Firudin Səfərov və b. “Leyli və Məcnun” opersını tamaşaya qoymuşlar.
Təqdim olunan sonuncu quruluş 2005-ci ildə rejissor Hafiz Quliyev tərəfindən Üzeyir Hacıbəylinin 110 illiyi münasibəti lə həyata kecirilmişdir. “Leyli və Məcnun” opersı Şərqin böyük mütəfəkkir şairi Məhəmməd Füzulinin eyni adlı poemasi əsasında yazılmışdir. Librettonun müəllifi Üzeyir Hacıbəylidir.
Müxtəlif illərdə bu tamaşada əsas rollarda Azərbaycan muğam sənətinin bir çox görkəmli nümayəndələri – Məcnun rolunda: Hüseynqulu Sarabski, Qulu Əsgərov, Bakir Haşimov, Arif Babayev, Canəli Əkbərov, Əlövsət Sadiqov, Baba Mahmudoğlu, Alim Qasimov və s., Leyli rolunda isə Həqiqət Rzayeva, Gulxar Həsənova, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova və b. çıxış etmişlər.
Hazırda Azərbaycan Dövlət Opera və Balet Teatrında Məcnun rolunda Xalq Artisti Mənsum İbrahimov və Teatrin gənc solistlari Səbuhi İbayev və İlkin Əhmədov cıxış edirlər. Leyli rolunun ifaçıları sırasında Xalq Artistləri Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar Artistlər Gülyaz Məmmədova, Gülüstan Əliyeva və gənc solist Vüsalə Əhmədovanın adlarını cəkmək olar.
Xalq Artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova uzun illərdir ki, “Leyli və Məcnun” opersında əsas rolların ifaçılarıdır. Onlar həmin partiyaları dəfələrlə Türkiyə Respublikasında və Fransanın paytaxtı Parisdə çox böyük uğurla ifa etmişlər.

 

Close
*****
Üzeyir Hacıbəyli
Koroğlu
məlumat
Koroğlu Operası

Koroğlu Operası

“Koroğlu”

Ü.Hacıbəylinin “Koroğlu” operası Azərbaycan opera sənətinin ən dəyərli nümunəsi və bəstəkarın yaradıcılığının zirvəsidir. Operanın ilk tamaşası 1937-ci il aprelin 30-da İsmayıl Hidayətzadənin quruluşunda Bakıda baş tutmuşdur. Tamaşaya bəstəkarın özü dirijorluq etmişdir. Koroğlu rolunda isə böyük Azərbaycan müğənnisi Bülbül çıxış etmişdir.
“Koroğlu” 1938 və 1957-ci illərdə SSRİ-nin paytaxtı Moskvada keçirilmiş Azərbaycan mədəniyyəti onğünlüklərində böyük uğurla göstərilmişdir.
Milli opera sənətimizin incisi sayılan “Koroğlu” operası ötən illər ərzində bir neçə dəfə müxtəlif quruluşda səhnəyə qoyulmuş və tamaşaçılar tərəfindən hər zaman çox sevilmişdir.
Opera hazırda da teatrın repertuarında möhkəm yer tutur.
Azərbaycan Opera və Balet teatrı bir çox illərdir ki, yeni mövsümünü “Koroğlu” operasının tamaşası ilə başlayır.

 

Close
*****
Üzeyir Hacıbəyli
Arşın mal alan
məlumat

“Arşın mal alan”

Ü.Hacıbəyli "Arşın mal alan" əsərini 1913-cü ildə yazmışdır, əsərin tamaşası 1913-cü il oktyabrın 25-də Hacı Zeynalabdin Tağıyev Teatrının səhnəsində Hüseyn Ərəblinskinin rejissorluğu ilə göstərilmişdir. O həm də librettonun müəllifidir. "Arşın mal alan" 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti dekadası zamanı böyük uğurla göstərilmişdir. Əsərin librettosu onlarla dilə – ingilis, rus, fransız, alman, polyak, ərəb, fars, gürcü, bolqar, çin, ukrayna, belorus və s. tərcümə olunmuşdur. "Arşın mal alan" dünyanın bir sıra ölkələrində – ABŞ, Fransa, İngiltərə, Almaniya, Türkiyə, İran, Misir, Polşa, Çin, Bolqarıstan, Rusiya və s. ölkələrdə səhnəyə qoyulmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Arşın mal alan" 1997-ci ilin sentyabrında Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuşdur. Bu günə kimi Teatrın repertuarında möhkəm yer tutur və çox böyük uğurla göstərilir. Tamaşada əsas rolları Azərbaycanın Xalq Artistləri Azər Zeynalov (Əsgər), Yaşar Nuri (Soltan bəy), Şahlar Quliyev (Süleyman), Əməkdar Artistlər Zemfira İsmayılova, Natəvan İsmayılova, İnarə Babayeva, Gülyaz Məmmədova, Fidan Hacıyeva, Gülüstan Əliyeva və b. ifa edirlər.

 

Close
*****
Üzeyir Hacıbəyli
O olmasın, bu olsun
məlumat
O olmasın, bu olsun Operası

“O olmasın, bu olsun”

Ü.Hacıbəyli xalq arasında çox sevilən və hər zaman populyar olan “O olmasın, bu olsun” əsərini 1911-ci ildə yazmışdır. O həm də librettonun müəllifidir. Əsərin Opera və Balet Teatrında ilk tamaşası 1911-ci il mayın 8-də (köhnə stillə aprelin 25-də) baş tutmuşdur. Bundan sonra xeyli müddət bu tamaşa teatrın repertuarında olmuşdur.
Əsərin səhnəyə qoyulmasından ötən bir əsr ərzində müxtəlif teatrlar ayrı-ayrı dövrlərdə bu tamaşaya müraciət etmiş və onu səhnəyə qoymuşlar.
2006-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun”u peşəkar vokalçıların ifasında yüksək professional səviyyədə səhnəyə qoymuşdur. İştirakçıların öz vokal partiyalarını professionallıqla ifa etməsi və Hacıbəyli qəhrəmanlarını yüksək aktyor  məharəti ilə  surətlərini yaratması ilə bağlı əsər böyük uğur qazanmışdır və hazırda repertuarda möhkəm yer tutur.

 

Close
*****
Zülfüqar Hacıbəyov
Aşıq Qərib
məlumat

“Aşıq Qərib”

Zülfüqar Hacıbəyov muğam operası xəttini davam etdirərək 1916-cı ildə “Aşıq Qərib” operasını yaratmışdır.
Başqa operalarda olduğu kimi, bu operada da ülvi məhəbbət tərənnüm olunur. Məhəbbətin müqəddəsliyi və gücünü mədh edən Aşıq Qərib bu yolda bütün maneələri aradan qaldıraraq qalib gəlir.

 

Close
*****
Müslüm Maqomayev
Şah İsmayıl
məlumat

“Şah İsmayıl”

Müslüm Maqomayev  tarixi-əfsanəvi “Şah İsmayıl” operasını  1919-cu ildə yazmış və opera həmin ildə səhnəyə qoyulmuşdur. Operanın ilk tamaşası böyük uğurla keçmişdir. Sonralar bəstəkar əsər üzərində yenidən işləmiş, onu bir neçə redaksiyada hazırlamışdır.
“Şah İsmayıl” uzun illərdir ki, Teatrın repertuarındadır.

 

Close
*****
Fikrət Əmirov
Sevil
məlumat

“Sevil”

Fikrət Əmirov “Sevil” operasını 1951-ci ildə C.Cabbarlının eyniadlı dramı əsasında qələmə almışdır. Proloqla birlikdə 3 pərdəli opera həmin ildə Opera və Balet Teatrında səhnəyə qoyulmuş və uzun illər Teatrın repertuarında olmuşdur.
1998-ci ildə Teatr yenidən bu əsərə müraciət etmiş və SSRİ Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin bədii rəhbərliyi ilə onu yeni quruluşda səhnəyə qoymuşdur. Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir. Opera hazırda Teatrın repertuarında möhkəm yer tutur.

 

Close
*****
Vasif Adıgözəlov
Natəvan
məlumat
Natəvan Operası

Natəvan Operası

“Natəvan”

Vasif Adıgözəlovun “Natəvan” operası XIX əsrdə yaşamış görkəmli şairə, dövlət və ictimai xadimi Xan qızı Xurşidbanu Natəvanın mürəkkəb həyatı, keşməkeşli taleyinə həsr olunmuşdur. Bəstəkar opera üzərində on ilə yaxın bir müddət 1992-2002-ci  illərdə çalışmışdır. Tamaşa 2003-cü ildə səhnəyə qoyulmuşdur. Üç pərdə, dörd şəkil, proloq və epiloqdan ibarət olan tamaşada Natəvanın həyat və yaradıcılığından bəhs olunmaqla yanaşı, XIX əsrin II yarısında Qarabağda baş verən hadisələr də geniş əks olunmuşdur. Operanın dramaturji xətti çox aktual olub, Azərbaycanın bu günü ilə sıx bağlıdır. Belə ki, əsərin final səhnəsində vətəni, torpağı düşmən tapdağı altında olan Natəvanın nigaran ruhu haray çəkir: “Nigaranam Qarabağdan” deyərək, “Şuşanı geri alın, Şuşanı xilas edin” deyə hayqırır.

 

Close
*****
Cüzeppe Verdi
Aida
məlumat
Aida Operası

"Aida"

C.Verdinin Qahirədə Süveyş kanalının açılışına həsr olunmuş "Aida" operasını 1870-ci ildə qələmə almışdır. Bu əsər dünya opera sənətinin incilərindən biridir.
Elə ilk tamaşadan sonra opera böyük uğur qazanmışdır. "Aida" qeyri-adi melodik zənginliyə malikdir, buradakı ariya və romanslar bu günədək konsert proqramlarında möhkəm yer tutur.
"Aida" operası Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində 1965-ci ildə gürcü rejissoru M.Kvalişvilinin quruluşunda tamaşaya qoyulmuşdur. 1993-cü ildə quruluş bərpa edilmişdir. Tamaşa bu gün də teatrın repertuarında möhkəm yer tutur. Müxtəlif illərdə bu tamaşada aparıcı partiyalarda çıxış etmək üçün ən istedadlı və parlaq opera sənəti ulduzları – Yelena Obraztsova, Vladislav Pyavko, Lyüdmila Maqomedova, Teymuraz Ququşvili və b. teatrımıza dəvət olunmuşlar.

 

Close
*****
Cüzeppe Verdi
Trubadur
məlumat
Trubadur Operası

“Trubadur”

C.Verdi “Trubadur” operasının musiqisini cəmi 29 gün ərzində yazmışdır. Operanın librettosunu isə ispan dramaturqu A.Quteresin eyni adlı pyesi əsasında C.Kammarano qələmə almışdır. Tamaşanın premyerası 1853-cü il yanvarın 19-da Romada baş tutmuşdur. “Trubadur”  elə ilk tamaşadan sonra tamaşaçılar tərəfindən sevilmiş və Verdinin ən populyar əsərlərindən birinə çevrilmişdir. Dörd pərdədən ibarət olan bu möhtəşəm opera yüz altmış ilə yaxındır ki, operasevərlər tərəfindən böyük maraqla qarşılanır.
“Trubadur” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti rejissor Hüseyn Əliyevin quruluşu və dirijor – Xalq Artisti, professor Cavanşir Cəfərovun təfsirində səhnəyə qoyulmuş, 2009-cu ildə bərpa edilmişdir. Hazırda repertuarda ən baxımlı tamaşalardan biridir.

 

Close
*****
Cüzeppe Verdi
Riqoletto
məlumat
Riqoletto Operası

“Riqoletto”

Böyük italyan bəstəkarı C.Verdi “Riqoletto” operasını 1851-ci ildə qələmə almışdır. Müəllifin əvvəlki operalarından fərqləndirən əsas cəhət bu əsərdə insanın hiss-həyəcanının gerçək şəkildə təsvir olunmasıdır. Bu opera dinləyicini daim gərginlikdə saxlayan dramatik konfliktlər və xarakterlər, canlı ritmik xor, psixoloji vokal monoloq və ansambllarla zəngindir.
“Riqoletto” 1976-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rejissor V.Massalini tərəfindən səhnəyə qoyulmuşdur. Bu gün də teatrın repertuarının bəzəyidir.

 

Close
*****
Cakomo Puççini
Toska
məlumat
Toska Operası

“Toska”

Böyük italyan bəstəkarı C.Puççini “Toska” operasını 1900-cu ildə qələmə almışdır. Operanın ilk tamaşası müəllifə böyük şöhrət gətirmişdir. Artıq 110 ildir ki, bu opera dünyanın əksər aparıcı teatrlarının repertuarında ən populyar əsərlərdən biri kimi möhkəm yer tutur.
“Toska” operası 1967-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  Xalq Artistləri rejissor Mehdi Məmmədov və dirijor Rauf Abdullayev tərəfindən səhnəyə qoyulmuşdur.
“Toska” bu günə kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında sənətsevərlər tərəfindən ən çox sevilən tamaşalardan biridir.

 

Close
*****
Cakomo Puççini
Madam Batterflyay
(“Çio-Çio-San”)
məlumat
Opera of Madam  Batterflyay

“Madam Batterflyay”
(“Çio-Çio-San”)

Böyük italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay” operası musiqili verizm nümunəsidir. Uzun illər boyu İtaliya teatrında tətbiq olunmuş süjetli fantastikaya qarşı Puççini bu tamaşada sadə insanların sevinc və kədərlə dolu real həyatının təsvir etmişdir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Madam Batterflyay” operasını ilk dəfə 1968-ci ildə rejissor P.Tveretskinin quruluşunda səhnəyə qoymuş, 1981-ci ildə quruluş bərpa edilmişdir.
Tamaşanın sonuncu quruluşu Azərbaycan Respublikasının Əməkdar Artisti Hüseyn Əliyev tərəfindən 2003-cü ildə həyata keçirilmişdir. 2009-cu ildə bərpa edilmiş və teatrın repertuarında möhkəm yer tutur.

 

Close
*****
Coakkino Rossini
Sevilya bərbəri
məlumat
Sevilya bərbəri Operası

“Sevilya bərbəri”

C.Rossini yaradıcılığının zirvəsi hesab edilən “Sevilya bərbəri” operasını 1816-cı ildə qələmə almışdı. Bəstəkar bu komik operanı çox qısa bir müddətdə - cəmi 19-20 gün ərzində yazıb tamamlamışdı.
İtaliya milli musiqisi, xalq mahnı və rəqslərindən istifadə etməklə bəstəkar bu əsərdə musiqinin dili ilə işıqlı aləmi, gəncliyin gücü və həyatın gözəlliyini tərənnüm etmişdir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilk dəfə 1964-cü ildə “Sevilya bərbəri” operasına müraciət etmiş və Xalq Artisti Şəmsi Bədəlbəylinin quruluşunda onu səhnəyə qoymuşdur.
2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, rejissor Hüseyn Əliyevin quruluşunda “Sevilya bərbəri” yenidən tamaşaya qoyulmuşdur. 2009-cu ildə teatrda həmin quruluş bərpa edilmişdir. Hazırda “Sevilya bərbəri” operası teatrın repertuarının bəzəyidir.

 

Close
*****
Rudjero Leonkovallo
Payatsı
məlumat

“Payatsı”

“Payatsı” operasının ilk tamaşası 1892-ci ildə Milan teatrının səhnəsində keçirilmişdir. Həmin vaxtdan az sonra digər teatrların səhnəsinə vəsiqə qazanan opera bu günə kimi bir çox aparıcı dünya teatrlarının repertuarında möhkəm yer tutur.
“Payatsı” Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında 1999-cu ildə rejissor Cənnət Səlimova tərəfindən səhnəyə qoyulmuşdur. Bu günə kimi teatrın repertuarında möhkəm yer tutur, gözəl səhnə tərtibatı və kostyumlar, yüksək səviyyəli quruluş və iştirakçıların professional ifası ilə tamaşaçılar tərəfindən hər zaman rəğbətlə qarşılanır.

 

Close
***************
 
 
 
BALET TAMAŞALARI
 
*****
Əfrasiyab Bədəlbəyli
Qız qalası
məlumat
Qız qalası Baleti

“Qız qalası”

Ə.Bədəlbəylinin "Qız qalası" baleti milli Azərbaycan baletinin ilk nümunəsidir. Baletin ilk tamaşası 16 aprel 1940-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur. Həmin vaxtdan "Qız qalası" Teatrın repertuarında möhkəm yer tutmuşdur. Balet iki dəfə Moskvada, habelə başqa şəhərlərdə, 2000-ci ildə isə Türkiyənin Antalya şəhərində göstərilmişdir. Xalq rəqsi ilə klassik musiqinin üzvi sintezini həyata keçirən bəstəkar bu əsəri ilə milli xoreoqrafiyanın əsasını qoymuşdur. Ə.Bədəlbəyli "Qız qalası" baletini ilk azərbaycanlı balet ustası, SSRİ Xalq Artisti Qəmər Almaszadəyə həsr etmişdir. Q.Almaszadə tamaşanın quruluşçu baletmeysteri və baş rolun – Gülyanaq rolunun ifaçısı olmuşdur. "Qız qalası" sonuncu dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində 1999-cu ildə yeni redaksiyada – Y.Əlikişizadənin redaksiyasında səhnəyə qoyulmuşdur. Hazırda Teatrın repertuarındadır.

 

Close
*****
Qara Qarayev
Leyli və Məcnun
məlumat

“Leyli və Məcnun”

2001-ci ilin fevralında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Q.Qarayevin "Leyli və Məcnun" simfonik poeması əsasında eyni adlı birpərdəli balet tamaşasını səhnəyə qoymuşdur. Tamaşanın quruluşunu SSRİ Xalq Artisti Georgi Aleksidze həyata keçirmişdi. Bu balet tamaşasını Teatr bəstəkarın 80 illik yubileyinə həsr etmişdi. 2001-ci ilin dekabrında balet truppası böyük uğurla həmin tamaşanı Rusiya Akademik Böyük Teatrında nümayiş etdirmişdi.

 

Close
*****
Qara Qarayev
Don Kixot
məlumat
Don Kixot Baleti

“Don Kixot”

"Don Kixot" birpərdəli baleti Q.Qarayevin simfonik qravürləri əsasında tamaşaya qoyulmuşdur. Q.Qarayev 1957-ci ildə kinorejissor Qriqori Kozintsevin təklifi ilə eyni adlı filmə musiqi yazmış, 1960-cı ildə bu mövzuya yenidən qayıdaraq həmin musiqi üzərində yenidən işləyir və onu simfonik qravürlər şəklinə salmışdır. 2000-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Q.Qarayevin "Don Kixot" simfonik qravürləri əsasında birpərdəli balet tamaşasını səhnəyə qoymuşdur. Tamaşanın quruluşunu Sankt-Peterburqlu baletmeyster Georgi Kovtun həyata keçirmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası "Don Kixot" baletini Rusiya Akademik Böyük Teatrında uğurla göstərilmişdir. Tamaşa bu gün də Teatrın repertuarında möhkəm yer tutur.

 

Close
*****
Qara Qarayev
Yeddi Gözəl
məlumat
Yeddi gözəl Baleti Yeddi gözəl Baleti

“Yeddi gözəl”

Qara Qarayev "Yeddi gözəl" baletini Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə həsr etmişdir. Tamaşanın librettosu Nizaminin eyni adlı poemasının motivləri əsasında yazılmışdır. Baletin ilk tamaşası 6 noyabr 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdi. (baletmeyster P.Qusev) 1978-ci ildə Q.Qarayevin 60 illik yubileyi münasibətilə "Yeddi gözəl" baletmeysterlər R.Axundova və M.Məmmədov tərəfindən yeni versiyada səhnəyə qoyulmuşdur. Azərbaycanın balet ustaları bu tamaşa ilə bir sıra xarici ölkələrdə qastrol səfərlərində uğurla çıxış etmişlər. Balet həmçinin Türkiyə, Rusiya və s. ölkələrdə müvəffəqiyyətlə səhnəyə qoyulmuşdur. 2008-ci ildə "Yeddi gözəl" baleti dahi bəstəkarın 90 illiyi münasibətilə tamamilə yeni quruluşda səhnəyə qoyuldu. 29.10.2008-ci ildə bu quruluşun premyerası baş tutmuşdur. Tamaşanın quruluşunu beynəlmiləl yaradıcı heyət həyata keçirmişdir. Libretto müəllifi Yana Temiz, quruluşçu baletmeyster – Rusiyalı Vasili Medvedev, musiqi rəhbəri və dirijor – Türkiyədə çalışıb yaşayan həmyerlimiz Elşad Bağırov, quruluşçu rəssam Rusiya Akademik Böyük Teatrının rəssamı Dmitri Çerbadjidir. Hazırda bu quruluş Teatrın repertuarında möhkəm yer tutur.

 

Close
*****
Niyazi
Rast
məlumat
“Rast”

2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Niyazinin "Rast" simfonik muğamı əsasında iki pərdəli balet tamaşasını səhnəyə qoymuşdur. Baletin quruluşunu Azərbaycanın Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva həyata keçirmişdir. Baletin libretto müəllifi jurnalist Əjdər Hacıyevdir. Süjet xətti çox maraqlı olub, Azərbaycanın keçmişinə aid tarixi faktlar əsasında qurulmuşdur. Qəhrəman qız Tomrisin yadelli işğalçılara qarşı vətənin azadlığı uğrunda mübarizəsi, bu mübarizədə qılıncın gücü və qadın müdrikliyi ilə qələbə çalması tamaşanın əsas leytmotivini təşkil edir. "Rast" muğam-baleti hazırda Teatrın repertuarında mühüm yer tutur.

 

Close
*****
Pyotr Çaykovski
Qu gölü
məlumat
Qu gölü Baleti

“Qu gölü”

Böyük rus bəstəkarı P.İ.Çaykovskinin "Qu gölü" baleti klassik balet sənətinin ən gözəl nümunələrindən biridir. Bu əsəri öz repertuarına daxil etməyən balet truppası tapmaq çətindir. Baletin ilk tamaşasını 1895-ci ildə məşhur baletmeysterlər Petipa və İvanov hazırlamışlar. Lakin ömür vəfa etməmiş və bəstəkar bu baletin tamaşasını görməmişdir. "Qu gölü" Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 1940-cı ildə tamaşaya qoyulmuşdur. SSRİ Xalq Artisti Qəmər Almaszadə Petipa və İvanovun klassik quruluşu əsasında xoreoqrafik versiya yaratmışdır. "Qu gölü" uzun illərdir ki, Teatrın repertuarındadır. Bu tamaşada əsas rollarda Teatrın balet truppasının solistləri ilə yanaşı mütəmadi olaraq dünyanın ən istedadlı və tanınmış balet sənəti ulduzları çıxış edirlər.

 

Close
*****
Adolf Adan
Jizel
məlumat
Jizel Baleti

“Jizel”

Klassik balet sənətinin ən dəyərli nümunələrindən biri olan "Jizel" baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə 1961-ci ildə səhnəyə qoyulmuşdur. Tamaşanın quruluşunu SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Qəmər Almaszadə həyata keçirmişdir. "Jizel" bu gün də Teatrın repertuarında möhkəm yer tutur və onun hər bir tamaşası çoxsaylı baletsevərlər tərəfindən maraqla qarşılanır. Teatrın rəhbərliyi tamaşada aparıcı partiyaları ifa etmək üçün ən məşhur və tanınmış balet sənəti ulduzlarını tez-tez qastrola dəvət edir.

 

Close
*****
Frederik Şopen
Şopeniana
məlumat
Şopeniana Baleti

 

Close
*****
İohann Ştraus
Düyməcik
məlumat
Düyməcik Baleti

 

Close
***************