XƏBƏR və YENİLİKLƏR

28.03.2012

BAKIDA V.A.MOTSARTIN MƏŞHUR «COSI FAN TUTTE»
("HAMI BELƏ EDİR") OPERASI SƏHNƏYƏ QOYULUR

Cosi Fan TutteCosi Fan Tutte Aprelin 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Avstriya bəstəkarı V.A.Motsartın məşhur «Cosi fan tutte» ("Hamı belə edir") operasının premyerası keçiriləcəkdir. Bu opera klassik opera sənətinin incilərindən olub, dünyanın ən qabaqcıl opera və balet teatrlarının repertuarını bəzəyir.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov, quruluşçu-rejissoru Ukraynanın tanınmış opera rejissoru, Ukrayna Respublikasının Əməkdar İncəsənət Xadimi – Nikolay Tretyakdır, quruluşçu rəssam – Əməkdar Mədəniyyət İşçisi Yusif Babayev, xormeyster – Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, rəqslərin quruluşçusu – Azərbaycanın Xalq Artisti Mədinə Əliyeva, konsertmeyster – Əməkdar Artist Məlahət İsmayılovadır.
Tamaşada teatrın gənc solistləri Fəridə Məmmədova (Fyordilidji), Səbinə Əsədova (Dorabella), Fərid Əliyev (Ferrando), Anton Ferştandt (Qulyelmo), həmçinin Əməkdar Artistlər İnarə Babayeva (Despina) və Əkrəm Poladov (Don Alfonso) iştirak edirlər.
Azərbaycanda ilk dəfə səhnəyə qoyulan "Hamı belə edir" operasının tamaşası heç şübhəsiz ki, şəhərimizin mədəni həyatında çox əlamətdar bir hadisə olacaqdır.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti