XƏBƏR və YENİLİKLƏR

14.11.2011

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRI İLƏ BELORUS RESPUBLİKASININ MİLLİ OPERA VƏ BALET TEATRI ARASINDA MEMORANDUM İMZALANMIŞDIR

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Respublikasının Milli Opera və Balet Teatrı arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandum musiqi sənəti, teatr-quruluş fəaliyyəti sahələrində mübadilə, solistlərin və yaradıcı kollektivlərin qastrollarının təşkili, opera və balet tamaşalarının quruluşunun həyata keçirilməsi sahəsində birgə yaradıcılıq layihələri, hər iki teatrın aparıcı mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilməsi, dirijor, rejissor və rəssamların mübadiləsi sahəsində əməkdaşlığı, hər iki ölkənin musiqi və teatr həyatı sahəsində informasiya mübadiləsini nəzərdə tutur.
İmzalanmış müqavilə iki dövlət arasında sıx dostluq əlaqələrinin parlaq nümayişinə çevriləcək və heç şübhəsiz ki, Azərbaycan və Belarus arasında mədəni əlaqələrin inkişafı və möhkəmlənməsinə xidmət edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti