XƏBƏR və YENİLİKLƏR

11.10.2011

BAKIDA S.RAXMANİNOVUN "ALEKO" OPERASI SƏHNƏYƏ QOYULACAQDIR

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Sergey Raxmaninovun məşhur "Aleko"operasının quruluşu üzərində işlər başlamışdır. "Aleko" rus opera sənətinin incilərindən biri olub, operasevərlərin ən sevimli əsərlərindən biridir. Tamaşanın quruluşçu-rejissoru tanınmış Ukraynalı opera rejissoru Nikolay Tretyakdır.
N.Tretyak teatr rəhbərliyinin dəvəti ilə dünən Bakıya gəlmişdir və artıq tamaşanın quruluşu üzərində çalışır.
Tamaşanın dirijoru Azərbaycanın Əməkdar İncəsənət Xadimi, professor Yalçin Adıgözəlovdur. Tamaşada teatrın əsas solistlərindən Əməkdar Artistlər Əli Əsgərov, Əvəz Abdullayev, Zenfira İsmayılova, həmçinin gənc və istedadlı vokalçılar İlahə Əfəndiyeva, İlham Nəzərov, Fərid Əliyev, Tural Ağasıyev, Səbinə Vahabzadə iştirak edəcəklər.
Tamaşanın premyerasını noyabrın sonunda keçirmək nəzərdə tutulur.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti