XƏBƏR və YENİLİKLƏR

11.10.2011

BAKIDA NİNA ANANİAŞVİLİNİN RƏHBƏRLİYİ ALRTINDA GÜRCÜSTAN BALET TRUPPASININ QASTROLLARI KEÇİRİLƏCƏKDİR

Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının qastrolları keçiriləcəkdir.
"Balet axşamı"nda gürcüstanlı sənətçilər aşağıdakı baletləri təqdim edəcəklər. Jorj Bizenin musiqisinə "Variasiyalar", Gürcü xalq melodiyaları əsasında "Saqalobeli" və L.Eto, N.Yamaquçi və A.Toşanın musiqisinə "Yaponiya haqqında yuxular".

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti