XƏBƏR və YENİLİKLƏR

28.09.2011

MDB ÖLKƏLƏRİNİN BALET ULDUZLARI BAKIDA ÇIXIŞ EDƏCƏKLƏR

Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında MDB ölkələrinin aparıcı balet ustalarının – ulduzların iştirakı ilə Qala-konsert keçiriləcəkdir. Konsert MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Rusiyanın "Sodrujestvo" Dövlət konsert birliyinin, MDB ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə təşkil olunacaqdır.
Qala-konsert Müstəgil Dövlətlər Birliyinin yaranmasının 20-ci ildönümünə həsr olunur. Moskva, Sankt-Peterburq, Kiyev, Minsk, Almatı opera və balet teattrlarının aparıcı solistləri ilə\ yanaşı konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının artistləri də çıxış edəcəkdir.
Balet artistlərinin bir sıra Beynəlxalq müsabiqələrinin qalibləri olan klassik balet ulduzlarının Bakıya gəlişi həm teatrın, həm də respublikamızın mədəni həyatında heç şübhəsiz ki, çox önəmli bir hadisə olacaqdır.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti