XƏBƏR və YENİLİKLƏR

26.09.2011

RUS BALETİNİN ƏFSANƏSİ AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRINA DƏVƏT OLUNMUŞDUR
Lyudmila Semenyaka

Görkəmli rusiyalı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, balet artistlərinin Beynəlxalq müsabiqələrinin laureatı, Rusiya Dövlət Akademik Böyük Teatrının xoreoqrafı Lyudmila Semenyaka Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Teatrın balet truppasında ustad dərsləri keçirmək üçün Bakıya dəvət olunmuşdur.
Lyudmila Semenyaka sentyabrın 26-dan 30-na kimi şəhərimizdə olacaq, truppada ustad dərsləri keçirəcək, aparıcı solistlərlə fərdi şəkildə məşğul olacaq, ayrı-ayrı klassik balet tamaşalarında onların ifa etdiyi partiyalarda ustalıqlarını daha da təkmilləşdirəcəkdir.

Lyudmila Semenyakanın Bakıya səfəri heç şübhəsiz ki, Teatrın yaradıcı fəaliyyətində önəmli hadisə olub, balet truppasının professional səviyyəsinin yüksəlməsinə böyük fayda verəcəkdir.
Teatr rəhbərliyi gələcəkdə də klassik balet üzrə ən tanınmış mütəxəssislərin ustad dərslərini keçirmək üçün dəvət olunması istiqamətində işləri davam etdirəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti