XƏBƏR və YENİLİKLƏR

08.06.2011

BAŞQIRDISTAN DÖVLƏT OPERA VƏ BALET TEATRININ SƏHNƏSİNDƏ QARA QARAYEVİN "YEDDİ GÖZƏL" BALETİNİN PREMYERASI KEÇİRİLMİŞDİR
Dahi Azərbaycan bəstəkarı Q.Qarayevin "Yeddi gözəl" baleti Başqırdıstan Opera və Balet Teatrında səhnəyə qoyulmuşdur. İyunun 8-i və 9-da Ufada bu tamaşanın premyerası keçirilmişdir. Premyera Rudolf Nureev adına Beynəlxalq balet sənəti festivalının açılışı çərçivəsində baş tutmuşdur. Tamaşanın quruluşu baletmeyster Rinat Abuşaxmanov tərəfindən həyata keçirilmişdir. Musiqi rəhbəri və dirijor Rauşan Yakupov, stenoqrafiyanın müəllifi – Sankt-Peterburqlu rəssam Varvara Çuvina, işıq üzrə rəssam – Serdar Çarıyevdir.
"Biz çalışmışıq ki, tamaşa öz bədii səviyyəsinə görə görkəmli Azərbaycan bəstəkarı Q.Qarayevin hədsiz dərəcədə gözəl musiqisinə uyğun olsun. Səhnə kostyumlarının rəngarəngliyi, işıq və rənglərin dəyişməsi səhnədə Nizami Gəncəvinin eyniadlı poemasının əsas süjet xəttini ifadə edir. Sehirli və müdrik şərq nağılının səhnə təcəssümünü tam şəkildə ifadə etmək məqsədilə Teatrın bütün texniki vasitələri tərəfimizdən bu tamaşa üçün səfərbər edilmişdir", - rəssam Varvara Çuvina belə deyir.
İyunun 8-də baş tutan ilk premyera anşlaqla keçmiş və böyük uğur qazanmışdır. Başqırdıstan Respublikasının rəhbərliyi tamaşada iştirak etmişdir. Tamaşadan sonra hər kəs "Yeddi gözəl" baleti haqqında sevinc və heyranlığını ifadə edn fikirlər söyləmişlər.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti