XƏBƏR və YENİLİKLƏR

02.05.2011

TAMAŞA BALET SƏNƏTİNİN BAYRAMINA ÇEVRİLDİ
Qu gölü_Olqa Qayko Aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçirilmişdir. Tamaşada əsas rollarda Belorus Akademik Böyük Teatrının solistləri, Belorusun Xalq Artisti, Balet artistlərinin Beynəlxalq müsabiqələrinin qızıl medalı və birinci mükafatının sahibi Olqa Qayko və Belorusun Əməkdar Artisti, Balet artistlərinin Beynəlxalq balet müsabiqələrinin
laureatı Oleq Yeromkin çıxış etmişlər. Tamaşa anşlaqla baş tutmuş və xüsusi bayram əhval-ruhiyyəsi ilə keçmişdir. Əsas partiyaların ifaçılarının yüksək professional çıxışları tamaşaçılar tərəfindən heyranlıqla qarşılanmış və onlar bütün tamaşa ərzində iştirakçıları hərarətlə alqışlamışlar. Olqa Qaykonun yüksək texnikası, gözəl səhnə görkəmi, onun öz solo partiyalarını, variasiya və "pa-de-de"ləri böyük ustalıqla ifa etməsi sürəkli alqışlar və "Bravo" Tamaşadan sonra Olqa Qayko demişdir: "Bizim teatrın bir sıra aparıcı solistləri dəfələrlə Bakıda olmuş və sizin səhnənizdə çıxış etmişlər. Onlar hər zaman bu teatr haqqında yüksək fikirlər söyləyirdilər. Bu gün mən və tərəf-müqabilim O.Yeromkin buna bir daha əmin olduq. Sizin çox gözəl balet truppanız, orkestr və dirijorunuz vardır. Bu tamaşada çıxış etməkdən çox böyük zövq aldıq. Tamaşaçı alqışları bizə daha çox ilham verir və ruhlandırırdı. Teatrın direktoru Akif Məlikova dəvətə və qastrol səfərimizin yüksək səviyyədə təşkilinə görə dərin təşəkkürümüzü bildiririk. Sizin gözəl şəhəriniz və teatrınız haqqında ən xoş təəssüratlarla və bir daha bu şəhərə qayıtmaq və bu səhnədə çıxış etmək arzusu ilə Bakını tərk edirik".
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti