XƏBƏR və YENİLİKLƏR

27.09.2017

CÜZEPPE VERDİNİN "TRAVİATA" OPERASI

Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir.
Tamaşada əsas partiyalarda Teatrın aparıcı solistləri - Əməkdar Artistlər  İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon),  Əkrəm Poladov  (Doktor Qrevil),  Xalq Artisti, Vokalçıların Bülbül adına adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi) və Nina  Makarova (Flora) çıxış edəcəklər.
Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli "Humay" mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti