XƏBƏR və YENİLİKLƏR

14.11.2017

BELARUSLU BALET ULDUZLARI "DON KİXOT" BALETİNİN TAMAŞASINDA ÇIXIŞ EDƏCƏKLƏ

Qu gölü

Uzun illərdən bəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında olan L.Minkusun "Don Kixot" baleti noyabrın 25-də növbəti dəfə səhnəyə qoyulacaqdır. Baletsevərlərin çox böyük maraqla qarşıladıqları bu tamaşada əsas rolları ifa etmək üçün belaruslu balet ustaları - Aleksandra Çijik (Kitri) və Konstantin Qeronik (Bazil) dəvət olunmuşlar.
Belarus Milli Akademik Opera və Balet Teatrının aparıcı solistləri olan hər iki gənc balet ulduzlarının bir sıra beynəlxalq müsabiqələrinin laureatlarıdır. Xüsusən Aleksandra Çijik bir çox ölkələrdə populyar olub Almaniya, Fransa, İsveçrə, İspaniya, Portuqaliya, İtaliya. Böyük Britaniya, ABŞ, Çin, Yaponiya, Meksika, Qvatemala, Yunanıstan və Kiprdə uğurla çıxış etmişdir.
Tamaşada həmçinin balet truppamızın solistlərindən Əməkdar artistlər Makar Ferştandt və Samir Səmədov, habelə Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və b. çıxış edəcəklər.

Balet tamaşasınının dirijoru Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti