XƏBƏR və YENİLİKLƏR

12.09.2017

YENİ 109-cu TEATR MÖVSÜMÜ

Azərbaycan Opera və Balet Teatrı yeni 109-cu teatr mövsümünü  sentyabrın 19-da Üz.Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası ilə açacaqdır.
Tamaşada Xalq artisti Mənsum İbrahimov (Məcnun) və  gənc solist Arzu Əliyeva (Leyli), Respublikanın Əməkdar artistləri Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Sabir Əliyev (Şeyx) və b. iştirak edəcəklər. Dirijor -  Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Üz.Hacıbəyli IX Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq digər tamaşa - Q.Qarayevin "Yeddi gözəl" baleti  isə sentyabrın 24-də nümayiş olunacaqdır.
Balet tamaşasında solistlər Anar Mikayılov (Bəhram şah), Əməkdar artist Nigar İbrahimova (Gözəllər gözəli), Samirə Məmmədova (Hind gözəli), Failə Bolqarova (Xarəzm gözəli), Leyla Narimanidze (Çin gözəli), Ayan Eyvazova (Məğrib gözəli), Cəmilə Kərimova (Bizans gözəli), Elmirta Süleymanova (Slavyan gözəli), Əməkdar artist Samir Səmədov (Səməndər) və b. çıxış edəcəklər. Dirijor - Xalq artisti, professor Cavanşir Cəfərovdur.

 

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti