XƏBƏR və YENİLİKLƏR

10.03.2018

AFAQ ABBASOVA MARTIN 13-də MİNSKDƏ ÇIXIŞ ETMƏK ÜÇÜN NÖVBƏTİ DƏFƏ DƏVƏT ALMIŞDIR

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı rəhbərliyinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova martın 13-də Minskdə çıxış etmək üçün növbəti dəfə dəvət almışdır.
Ulduz vokalçımız Belarusda P.Maskanyinin "Kənd namusu" operasının tamaşasında Santutsa rolunda çıxış edəcəkdir.
Bu Afaq Abbasovanın Minskə ilk qastrol səfəri deyildir. Azərbaycanlı vokalçı ötən mövsümdə Belarus teatrının səhnəsində Beynəlxalq Milad festivalı çərçivəsində keçirilən Qala konsertdə, həmçinin C.Verdinin "Aida" operasının tamaşasında Aida və  R.Leonkovallonun "Payatsı" operasında Nedda rollarında çox böyük uğurla çıxış etmişdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti