XƏBƏR və YENİLİKLƏR

03.10.2017

UKRAYNALI BALET ULDUZLARI "QU GÖLÜ" TAMAŞASINDA ÇIXIŞ EDƏCƏKLƏR

Qu gölü

Oktyabrın 14-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcəkdir.
Tamaşada əsas partiyaları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın Əməkdar artistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Olqa Qolitsa (Odetta-Odilliya) və Denis Nedak (şahzadə Ziqfrid) ifa edəcəklər.
Olqa Qolitsa hazırda vətəni Ukrayna ilə yanaşı, həm də Almaniya, Fransa, İsveçrə, Böyük Britaniya, İspaniya, Portuqaliya, İtaliya, Yunanıstan, Çin, ABŞ kimi ölkələrin qabaqcıl Teatrlarında çıxış edir və onun çıxışlarına həmin ölkələrin KİV-ləri yüksək qiymət verirlər.
Ukraynalı sənətçilərlə yanaşı "Qu gölü" baletinin tamaşasında həm də truppamızın aparıcı solistləri - Əməkdar artistlər Nigar İbrahimova, Samir Səmədov, solistlər Elmira Süleymanova, Ayan Eyvazova, Liana Mirabdullayeva və b. çıxış edəcəklər.
Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov  idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti