XƏBƏR və YENİLİKLƏR

02.10.2017

CÜZEPPE VERDİNİN “TRAVİATA” OPERASI

Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir. Tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuşdur. Məlum olduğu kimi, vaxtilə Milanda və Kiyevdə peşəkar musiqi təhsili alan Şövkət xanım uzun illər Azərbaycan  Opera və Balet Teatrının solisti olmuş və Teatrın səhnəsində bir çox parlaq obrazlar - Nərgiz ("Nərgiz"), Gülzar ("Şah İsmayıl"), Şahsənəm ("Şahsənəm"), Cilda ("Riqoletto"), Violetta ("Traviata"), Rozina ("Sevilya bərbəri") və s. yaratmışdır.
Ölməz sənətkarın xatirəsinə həsr edilmiş tamaşada Teatrın aparıcı solistləri - Respublikanın Əməkdar Artistlər  İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon),  Əkrəm Poladov  (Doktor Qrevil),  Xalq Artisti Əli Əsgərov (Markiz d`Obinyi) və gənc solist Nina  Makarova (Flora) çıxış edəcəklər.
Tamaşanı Xalq artisti,  professor Cavanşir Cəfərov idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti