XƏBƏR və YENİLİKLƏR

28.04.2014

OPERA və BALET TEATRINDA “MƏHƏBBƏT TANQOSU” BALETİNİN PREMYERASI OLACAQDIR

Cosi Fan Tutte Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Məhəbbət tanqosu” baletinin premyerası olacaqdır. Tamaşa dünya şöhrətli bəstəkarların, o cümlədən Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulmuşdur.
Tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın Xalq Artisti Liliya Sabitovadır. Baletmeyster böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram yaratmışdır. Bütün bu hadisələr alovlu və coşqun tanqo stilində təqdim ediləcəkdir.

Tamaşada əsas partiyaları Azərbaycanın Xalq Artistləri Kamilla Hüseynova (Laura), Gülağası Mirzəyev (Raul), Əməkdar Artist Samir Səmədov (Migel) və Veronika Arazova (Tereza) ifa edəcəklər.
Yeni baletin baxımlı kostyum və dekorasiyaları, gözəl musiqisi və zəngin xoreoqrafiyası heç şübhəsiz ki, tamaşaçılar tərəfindən bəyəniləcək və onların xatirində silinməz izlər buraxacaqdır.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti