XƏBƏR və YENİLİKLƏR

25.02.2014

OPERA və BALET TEATRINDA “QU GÖLÜ” BALETİNİN TAMAŞASI 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR EDİLƏCƏKDİR

Cosi Fan Tutte

Martın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi rus bəstəkarı Pyort Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcəkdir. Tamaşaçıların çox sevdiyi bu balet Beynəlxalq Qadınlar gününə həsr edilmişdir.
Tamaşada əsas rolları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın Əməkdar Artistləri Olqa Qolitsa (Odetta-Odilliya) və Sergey Sidorski (Şahzadə Ziqfrid) ifa edəcəklər.
Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti