XƏBƏR və YENİLİKLƏR

23.09.2013

OPERA və BALET TEATRININ SƏHNƏSİNDƏ GUAM ÖLKƏLƏRİ VOKALÇILARININ İŞTİRAKİ İLƏ GÖRKƏMLİ İTALYAN BƏSTƏKARI CÜZEPPE VERDİNİN “AİDA” OPERASININ TAMAŞASI KEÇİRİLƏCƏKDİR

Cosi Fan Tutte

Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində GUAM ölkələri vokalçılarının iştirakı ilə görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçiriləcəkdir.
Tamaşa V. Beynəlxalq Üzeyir Hacıbəyli festivalı çərçivəsində baş tutacaqdır. Opera bəstəkarın 200 illik yubileyinə həsr edilmişdir.
Tamaşada Aida partiyasını Ukrayna Milli operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların Sloveniyada keçirilən Ondina Otta adına beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatı və qızıl medalının sahibi Viktoriya Çenskaya, Radames rolunu Gürcüstanın Xalq Artisti, professor Teymuraz Ququşvili, Amneris partiyasını Əməkdar Artist Səbinə Vahabzadə ifa edəcəkdər.
Tamaşada həmçinin Azərbaycanın Xalq Artisti Əli Əsgərov, Moldovanın Xalq Artisti Petru Rakovitse və b. çıxış edəcəklər.
Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti