XƏBƏR və YENİLİKLƏR

22.05.2013

OPERA VƏ BALET TEATRINDA MÖVSÜMÜN SON PREMYERASI – C.VERDİNİN “DON KARLOS” OPERASI

DON KARLOS

İyunun 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Cüzeppe Verdinin “Don Karlos” operasının konsert ifasında premyerası olacaqdır. Bu əsər Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulur. Dahi bəstəkarın ən gözəl operalarından biri olan “Don Karlos” İohann Kristoff Fridrix fon Şillerin “Don Karlos, ispaniyalı infant” dünya opera sənətinin ən dəyərli nümunələrindən dramı əsasında qələmə alınmışdır.
Operanın ilk tamaşası 1867-ci ildə Parisdə baş tutmuş və həmin vaxtdan bu əsər dünyanın bir çox opera teatrlarında böyük müvəfəqiyyətlə səhnəyə qoyulur.
“Don Karlos” operasının əsas süjet xəttini siyasət, fanatizm və məhəbbət təşkil edir. 1556-cı ildə imperator V Karl hakimiyyətdən uzaqlaşır və monasttırda sakit bir güşəyə çəkinir. İspaniya taxtı onun oğlu II Filippə keçir. İspaniya ilə onun əzəli rəqibi Fransa arasında kövrək sülhü möhkəmləndirmək məqsədilə Filipp öz doğma oğlu don Karlosun nişanlısı, Fransa şahzadəsi Yelizaveta Valua ilə evlənir.
Tamaşada əsas partiyaları Azərbaycanın Əməkdar Artistləri Əkrəm Poladov (II Filipp), Fəridə Məmmədova (Yelizaveta Valua), Səbinə Əsədova (Şahzadə Eboli) ifa edəcəklər. Don Karlos partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunmuşur. Tamaşada həmçinin Anton Ferştandt (Rodriqo) və Tələt Hüseynov (Böyük İnkvizitor) da iştirak edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti