XƏBƏR və YENİLİKLƏR

17.12.2013

YENİ İL ƏRƏFƏSİNDƏ OPERA VƏ BALET TEATRINDA P.ÇAYKOVSKİNİN “ŞELKUNÇİK” BALETİNİN TAMAŞASI KEÇİRİLƏCƏKDİR

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Şelkunçik” baletinin tamaşası keçiriləcəkdir. Artıq uzun illərdir ki, bu tamaşa Yeni il ərəfəsində nümayişi Teatrda bir ənənə şəklini almışdır və balet hər dəfə geniş tamaşaçı auditoriyası toplayır.
P.Çaykovskinin son dərəcə gözəl musiqisi, maraqlı və zəngin dekorasiya və səhnə kostyumları tamaşanı çox baxımlı edir. Tamaşada əsas rollarda Əməkdar Artist Samir Səmədov, aparıcı solistlər Nigar İbrahimova və Makar Ferştandt çıxış edəcəklər. Tamaşanı Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti