XƏBƏR və YENİLİKLƏR

16.12.2013

“TRAVİATA” OPERASININ TAMAŞASINDA UKRAYNA MİLLİ OPERASININ SOLİSTİ İŞTİRAK EDƏCƏKDİR

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir. Tamaşada Jermon partiyasını Ukrayna Milli operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Mixail Kirişev ifa edəcəkdir.
Tamaşanı ilk dəfə olaraq gənc və istedadlı dirijor Əyyub Quliyev idarə edəcəkdir. Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri - Xalq Artisti, Əli Əsgərov (Markiz d`Obinyi), Əməkdar Artistlər Gülnaz İsmayılova (Violetta), Səbinə Əsədova (Flora), Əkrəm Poladov (Doktor Qrevil) və gənc vokalçı Fərid Əliyev (Alfred) çıxış edəcəklər.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti