XƏBƏR və YENİLİKLƏR

14.11.2013

“BOQEMA” OPERASININ TAMAŞASINDA AZƏRBAYCANIN VOKAL USTALARI UKRAYNA və BELORUSUN OPERA SƏNƏTİ ULDUZLARI İLƏ BİRGƏ ÇIXIŞ EDƏCƏKLƏR

Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Boqema” operasının tamaşası keçiriləcəkdir.
Tamaşada Opera və Balet Teatrının aparıcı solistləri – Xalq Artisti Əli Əsgərov (Alsindor), Əməkdar Artistlər İnarə Babayeva (Müzetta), Əkrəm Poladov (Şonar), vokalçıların Bülbül adına müsabiqəsinin laureatı Fərid Əliyev (Rudolf) və b. çıxış edəcəklər.
Teatrın rəhbərliyi tamaşanın professional səviyyəsini yüksəltmək və onun daha baxımlı olması məqsədilə tamaşaya qastrolçular da dəvət etmişdir. Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Olqa Naqornaya tamaşada Mimi, Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov isə Marsel rolunda çıxış edəcəkdir.
Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti