XƏBƏR və YENİLİKLƏR

14.04.2014

OPERA VƏ BALET TEATRINDA MƏRHUM SƏNƏTKAR LÜTFİYAR İMANOVUN 85 İLLİYİNƏ HƏSR EDİLMİŞ TAMAŞA KEÇİRİLƏCƏKDİR

Cosi Fan Tutte Aprelin 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçiriləcəkdir.
Dünya opera sənətinin ən populyar əsərlərindən biri olan bu opera artıq uzun illərdir ki, Teatrımızın repertuarındadır və tamaşaçılar onu hər dəfə fərqli ifalarda dinləyir və seyr edirlər.

Aprelin 26-da baş tutacaq tamaşada əsas rolları Teatrın gənc solistləri Çinarə Şirin (Aida), Əməkdar Artist Səbinə Vahabzadə (Amneris), Anton Ferştandt (Ramfis) və b. ifa edəcəklər. Tamaşada azərbaycanlı vokal ustaları ilə yanaşı Gürcüstandan dəvət edilmiş solistlər – Gürcüstanın Xalq Artisti. Professor Teymuraz Ququşvili və Əməkdar Artist, Vokalçıların Bülbül adına II beynəlxalq müsabiqəsinin laureatı Sulxan Qvelesiani (Amonasro) da çıxış edəcəklər.
Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.
Opera və Balet Teatrı “Aida” operasının tamaşasını görkəmli müğənni SSRİ Xalq Artisti Lütfiyar İmanovun 85 illiyinə həsr etmişdir. Məlum olduğu kimi sənətkar teatrın səhnəsində uzun illər bu tamaşada aparıcı partiyalardan birini - Radames partiyasını ifa etmişdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti