XƏBƏR və YENİLİKLƏR

08.10.2013

OPERA və BALET TEATRINDA GÖRKƏMLİ İTALYAN BƏSTƏKARI CÜZEPPE VERDİNİN “TRUBADUR” OPERASININ TAMAŞASI KEÇİRİLƏCƏKDIR

Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operasının tamaşası keçiriləcəkdir.
Uğurlu qastrol siyasətini həyata keçirən Opera və Balet Teatrının rəhbərliyi tamaşada əsas rollardan birini – Qraf di Luna partiyasını ifa etmək üçün Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belorusun Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Petrovu dəvət etmişdir.
Tamaşada digər əsas rollarda Azərbaycanın Əməkdar Artistləri Fəridə Məmmədova (Leonora), Səbinə Əsədova (Azuçena) və Fərid Əliyev (Manriko) çıxış edəcəklər.
Tamaşanı beynəlxalq müsabiqələr laureatı gənc və istedadlı dirijor Əyyub Quliyev idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti