XƏBƏR və YENİLİKLƏR

07.02.2014

OPERA VƏ BALET TEATRINDA YENİ BALETİN PREMYERASI KEÇİRİLƏCƏKDİR

Cosi Fan Tutte

Fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli polyak bəstəkarı Fridrik Şopenin musiqisinə yazılmış (orkestr işləməsi Aleksandr Qlazunovundur) “Şopeniana” baletinin premyerası keçiriləcəkdir.
“Şopeniana” ilk dəfə 1909-cu ildə tanınmış rus baletmeysteri və pedaqoqu Mixail Fokin tərəfindən səhnəyə qoyulmuşdur. Klassik balet sənəti tarixində çox böyük əhəmiyyəti olan “Şopeniana” ilk dəfə olaraq baletmeysterlərə rəqs üçün nəzərdə tutulmamış klassik musiqidən balet tamaşalarında istifadə etməyə imkan vermişdir.
“Şopeniana” süjetsiz balet olub, nağıllar dünyasına düşən gənc şairin yuxu və gerçəklik arasındakı vəziyyətinin, onun xəfif kədər və xəyallar aləmindəki əhval-ruhiyyəsini ifadə edir.
Premyera tamaşasında balet truppasının aparıcı solistləri – Xalq Artistləri Gülağası Mirzəyev, Kamilla Hüseynova, Əməkdar Artistlər Rimma İsgəndərova, Yelena Skomoroşenko və gənc balet ustası Yuliya Ferştandt çıxış edəcəklər.
Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti