XƏBƏR və YENİLİKLƏR

06.09.2013

ƏNƏNƏYƏ UYĞUN OLARAQ AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA və BALET TEATRI HƏR İL YENİ TEATR MÖVSÜMÜNƏ GÖRKƏMLİ AZƏRBAYCAN BƏSTƏKARI ÜZEYİR HACIBƏYLİNİN YARADICILIĞINA MƏXSUS ƏSƏRLƏRDƏN BİRİ İLƏ BAŞLAYIR

Ənənəyə uyğun olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı hər il yeni teatr mövsümünə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus əsərlərdən biri ilə başlayır.
Bu dəfə də sentyabrın 18-də 105-ci teatr mövsümünə milli musiqi sənətimizin incilərindən biri olan “Arşın mal alan” tamaşası ilə start veriləcəkdir.
Tamaşa V Üz.Hacıbəyli Beynəlxalq Musiqi festivalının açılışına və ölməz əsərin 100 illik yubileyinə həsr olunmuşdur.
Tamaşada əsas rollarda Teatrın təcrübəli solistləri ilə yanaşı, həm də istedadlı gənc vokalçılar iştirak edəcəklər.
Tamaşanı Xalq Artisti, profesor Cavanşir Cəfərov idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti