XƏBƏR və YENİLİKLƏR

02.12.2013

BELORUSLU BALET ULDUZLARI “JİZEL” BALETİNİN TAMAŞASINDA ÇIXIŞ EDƏCƏKLƏR

Dekabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında A.Adanın “Jizel” baletinin tamaşası keçiriləcəkdir. Tamaşada əsas partiyaları Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, Belorusun Xalq Artistlərii, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Lyudmila Kudryavtseva və İqor Artamonov ifa edəcəklər.
Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti