XƏBƏR və YENİLİKLƏR

01.11.2013

OPERA VƏ BALET TEATRINDA C.PERQOLEZİNİN “QULLUQÇU-XANIM” OPERASININ PREMYERASI OLACAQDIR

Cosi Fan Tutte Cosi Fan Tutte

Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baletinin tamaşası keçiriləcəkdir.
Tamaşada əsas rollarda Ukrayna Milli Operasının aparıcı solistləri – Ukraynanın Əməkdar Artisti Tatyana Lyozova (Kitri) və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Andey Qura (Bazil) çıxış edəcəklər.
Ukrayna operasının əsas solistlərindən biri olan Tatyana Lyozova hazırda truppanın ən populyar və istedadlı artistlərindən biridir. T.Lyozova vətəni Ukraynada çıxış etməklə yanaşı, bir çox xarici ölkələrdə - Almaniya, Fransa, İsveçrə, İspaniya, Portugaliya, İtaliya, Böyük Britaniya, Yunanıstan, Kipr, ABŞ, Yaponiya, Çin, Meksika və Qvatemalada böyük uğurla keçən qastrol səfərlərində olmuşdur.
Xarici KİV-ləri T.Lyozovanın çıxışlarını hər zaman yüksək qiymətləndirir, onun yüksək texnikaya və artistizmə, çox baxımlı xarici görkəmə və nadir plastikaya malik olduğunu qeyd edirlər. Tənqidçilər isə onu müasir dövrün klassik balet sənətinin həqiqi ulduzu kimi qiymətləndirirlər.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti