XƏBƏR və YENİLİKLƏR

29.03.2013

BÖYÜK TEATRIN BALET ULDUZLARI BAKIDA ÇIXIŞ EDƏCƏKLƏR

Aprelin 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baletinin tamaşası keçiriləcəkdir. Tamaşada əsas partiyaları Rusiya Akademik Böyük Teatrının aparıcı solisti – prima-balerina, Rusiyanın Əməkdar Artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Marianna RIJKİNA və Böyük Teatrın balet truppasının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Vladislav LANTRATOV ifa edəcəklər.
Tamaşanı Azərbaycan Respublikasının Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.
2011-ci ildə İngiltərədə keçirilən beynəlxalq klassik balet festivalında M.Rıjkina və V.Lantratov “Don Kixot” tamaşasında Kitri və Bazil partiyalarının ən yaxşı ifaçıları üçün təsis edilmiş mükafata layiq görülmüşlər.
Böyük Teatrın ulduzları bir sıra başqa ölkələrdə də uğurlu qastrol səfərlərində olmuş və öz çıxışları ilə KİV və tamaşaçıların rəğbətini qazanmışlar.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti