XƏBƏR və YENİLİKLƏR

19.11.2012

BAKIDA “QU GÖLÜ” BALETİNİN TAMAŞASINDA BÖYÜK TEATRIN ULDUZLARI ÇIXIŞ EDƏCƏKLƏR

Dekabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.İ.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcəkdir. Tamaşada əsas partiyaları Rusiya Dövlət Akademik Böyük Teatrının aparıcı solistləri – prima-balerina, Rusiyanın Xalq Artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya ALLAŞ və Rusiyanın Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı Aleksandr VOLÇKOV ifa edəcəklər.
Dünyanın bir çox ölkələrində böyük uğurla keçən qastrol səfərlərində iştirak edən M.Allaş və A.Volçkov 2010-cu ildə İngiltərədə keçirilən klassik balet sənəti festivalında “Qu gölü” baletinin tamaşasında Odetta-Odilliya və şahzadə Ziqfrid rollarının ən yaxşı ifaçıları üçün təsis edilmiş xüsusi mükafata layiq görülmüşlər.
Tamaşanı Azərbaycan Respublikasının Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti