XƏBƏR və YENİLİKLƏR

18.10.2012

ALMANİYA, RUSİYA, GÜRCÜSTAN və AZƏRBAYCANIN OPERA ULDUZLARI “TRAVİATA” OPERASININ TAMAŞASINDA BİRGƏ ÇIXIŞ EDƏCƏKLƏR

Oktyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində italyan və dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir. “Traviata” opera həvəskarlarının ən çox sevdikləri və böyük maraqla dinlədikləri tamaşalardan biridir. Opera teatrının rəhbərliyi öz fəaliyyətində çox zaman klassik opera və balet tamaşalarının professional səviyyəsini daha da yüksəltmək məqsədilə tanınmış vokal və balet sənəti ulduzlarını dəvət etmək kimi üsuldan istifadə edir. Bu dəfə də öz ənənəsinə sadiq qalan teatr rəhbərliyi “Travita”ya Almaniya, Rusiya və Gürcüstanlı sənətçiləri dəvət etmişdir.
Qeyd etmək lazımdır ki, tanınmış ulduzların iştirakı ilə keçirilən tamaşalar böyük tamaşaçı auditoriyası toplamaqla yanaşı, teatrın sənətçiləri üçün də özünəməxsus ustad dərsi rolunu oynayır.
Oktyabrın 28-də “Traviata” operasını Qut-İmmlinq Opera sənəti festivalının bədii rəhbəri də baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcəkdir. Alfred rolunda Rusiyanın Əməkdar Artisti, Rusiya Akademik Böyük Teatrınının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Mixail Qubski, Jermon rolunda Gürcüstanın Xalq Artisti, Vokalçıların Bülbül adına adına I müsabiqəsinin laureatı Besik Qabitaşvili, əsas partiyalardan biri – Violetta rolunda isə Teatrımızın gənc və istedadlı vokalçısıAfaq Abbasova çıxış edəcəkdir.
Tamaşada həmçinin Azərbaycanın Xalq Artisti, Vokalçıların Bülbül adına adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi) və Əməkdar Artist Əkrəm Poladov (Doktor Qrevil) iştirak edəcəklər.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti