XƏBƏR və YENİLİKLƏR

12.02.2013

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA və BALET TEATRINDA “PAXİTA” BALETİNİN PREMYERASI KEÇİRİLƏCƏKDİR

Fevralın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Lüdviq Minkusun “Paxita” baletinin premyerası keçiriləcəkdir. Bu tamaşa dünya balet sənətinin incilərindən sayılır və baletsevərlər tərəfindən çox sevilir.
Rəqqasə qız Paxita və qraf Lyüsenin oğlunun təsirli məhəbbət tarixçəsi tamaşaçıları qəhrəmanlarla birlikdə kədərlənməyə, sevilməyə və həyəcanlanmağa vadar edir. Sevgililərin təntənəli toy mərasimi ilə başa çatan sərgüzəştləri klassik balet sənətinin böyük ustadı Marius Petipanın xoreoqrafiyasında gəncliyin, gözəlliyin və rəqsin möhtəşəm bayramına çevrilir.
Azərbaycan Dövlət Opera və Balet Teatrında Marius Petipanın xoreoqrafiyası əsasında baletin quruluşçu baletmeysteri Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, quruluşçu rəssamı Azərbaycanın Əməkdar Rəssamı Tahir Tahirov, musiqi rəhbəri və dirijoru Xalq Artsti, professor Cavanşir Cəfərovdur.
Tamaşada əsas rollarda Azərbaycanın Əməkdar Artistləri Rimma İsgəndərova, Gülağası Mirzəyev, Yelena Skomoroşenko, eyni zamanda truppanın gənc solistləri Nigar İbrahimova və Makar Ferştandt çıxış edəcəklər.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti