XƏBƏR və YENİLİKLƏR

10.01.2013

SANKT-PETERBURQUN MİXAYLOVSKİ ADINA TEATRININ SOLİSTLƏRİ BAKIDA “JİZEL” BALETİNİN TAMAŞASINDA ÇIXIŞ EDƏCƏKLƏR

Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən olan Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcəkdir.
Tamaşada əsas partiyaları ifa etmək üçün Teatrın rəhbərliyi Sankt-Peterburqun Mixaylovski adına Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Rusiyanın Əməkdar Artistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Sabina Yapparova (Jizel) və Andrey Yaxnyuku (Albert) dəvət etmişdir.
Tamaşanı Xalq Artsti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti