XƏBƏR və YENİLİKLƏR

08.05.2013

“AIDA” OPERASI AZƏRBAYCAN, BELARUS və GÜRCÜSTAN OPERA ULDUZLARININ İFASINDA

Mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C.Verdinin “Aida” operasının tamaşası keçiriləcəkdir.
Tamaşada azərbaycanlı opera sənətçiləri ilə yanaşı, Belorus və Gürcüstandan dəvət olunmuş vokal ulduzları da çıxış edəcəklər. Belə ki, Aida rolunda Belorus Akademik Böyük Opera və Balet Teatrının və Rusiya Akademik Böyük Teatrının solisti, Belorusun Əməkdar Artisti, vokalçıların A.Dvorjek (Çexiya, 1999), M.Şnayder-Trnavski (Slovakiya, 2000) adına və İ.Alçevski (Ukrayna, 2001) beynəlxalq müsabiqələrinin laureatı Anastasiya Moskvina çıxış edəcəkdir. A.Moskvina dünyanın bir çox ölkələrində - Tailand, Almaniya, Macarıstan, Şotlandiya, İspaniya, Niderland, İtaliya və Fransada qastrol səfərlərində olmuşdur.
Radames rolunu Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili, Amonasro partiyasını isə Gürcüstanın Əməkdar Artisti, vokalçıların Bülbül adına müsabiqəsinin laureatı Sulxan Qvelesiani ifa edəcəklər. Tamaşada həmçinin Azərbaycan opera sənətçiləri, Xalq Artisti Əli Əsgərov, Əməkdar Artistlər Səbinə Vahabzadə, Gülnaz İsmayılova, aparıcı solist Anton Ferştandt və b. çıxış edəcəklər.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti