XƏBƏR və YENİLİKLƏR

07.11.2012

AZƏRBAYCAN OPERA və BALET TEATRININ APARICI SOLİSTLƏRİ QIRĞIZISTANDA KEÇİRİLƏN BEYƏLXALQ OPERA və BALET SƏNƏTİ FESTİVALINDA İŞTİRAK EDƏCƏKLƏR

Noyabrın 15-dən 18-nə kimi Qırğızıstanda Beynəlxalq Opera və Balet sənəti festivalı keçiriləcəkdir. Festival Qırğızıstan Opera və Balet Teatrının yaranmasının 70 illiyinə həsr olunmuşdur. Bu tədbirdə Rusiya, Qazaxıstan və Azərbaycandan olan qabaqcıl teatrların solistləri iştirak edəcəkdir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi festivalda iştirak etmək üçün Teatrın balet truppasının aparıcı solistləri – Azərbaycan Respublikasının Əməkdar Artisti, Prezident mükafatçısı Gülağası Mirzəyev və truppanın gənc, istedadlı solisti Nigar İbrahimovanın namizədliyini irəli sürmüşdür.
Noyabrın 18-də Bişkekdə keçiriləcək Qala-konsertdə azərbaycanlı balet ustaları A.Adanın “Jizel” və N.Rimski-Korsakiovun “Şəhrizad” baletlərindən parçalar ifa edəcəklər.
Festivalın əsas təşkilatçıları və sponsorlarından biri TÜRKSOY Beynəlxalq təşkilatıdır.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti