XƏBƏR və YENİLİKLƏR

07.01.2013

BELORUSLU OPERA ULDUZLARI “MADAM BATTERFLYAY” OPERASININ TAMAŞASINDA İŞTİRAK ETMƏK ÜÇÜN DƏVƏT OLUNMUŞLAR

Cosi Fan Tutte

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyixaricdən məşhur vokal və balet sənəti ulduzlarının teatrın fəaliyyətinə cəlb edilməsi istiqamətində yeritdiyi siyasəti uğurla davam etdirir. Bu iş teatrın yaradıcı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir və tamaşaların professional səviyyəsinin və keyfiyyətinin yüksəlməsinə, tamaşaçı auditoriyasının genişlənməsinə xidmət edir, eyni zamanda teatrın gənc solistləri və şəhərin musiqi təhsili müəssisələrində oxuyan tələbələr üçün özünə məxsus ustad dərsləri rolunu oynayır.
Yanvarın 12-də Opera və Balet Teatrında bu fəaliyyət çərçivəsində C.Puççininin “Madam Batterflyay” (“Çio-Çio-San”) operasının tamaşası baş tutacaqdır. Tamaşada əsas partiyaları ifa etmək üçün Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri – Belorusun Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yelena Bundeleva (Çio-Çio-San) və Belorusun Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Sergey Frankovskiy (Pinkerton) dəvət olunmuşlar.
Tamaşada həmçinin Azərbaycanın Xalq Artisti, vokalçıların Bülbül adına III beynəlxalq müsabiqəsinin laureatı Əvəz Abdullayev (Şarples) vıə Əməkdar Artist Səbinə Vahabzadə (Suzuki) iştirak edəcəklər.
Tamaşanı Xalq Artsti, professor Yalçin Adıgözəlov idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti