XƏBƏR və YENİLİKLƏR

04.06.2013

TANINMIŞ BELORUSLU DİRİJOR VYAÇESLAV VOLİÇ “JİZEL” BALETİNİ İDARƏ EDƏCƏKDİR

İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcəkdir.
Tamaşanı idarə etmək üçün məşhur belorus dirijoru – Belorus Böyük Akademik Opera və Balet Teatrının dirijoru, Belorusun Dövlət Mükafatı laureatı, Belorus Prezidentinin xüsusi mükafatçısı. Belorusun Xalq Artisti, professor Vyaçeslav Voliç dəvət edilmişdir.
Vyaçeslav Voliç bir sıra tanınmış opera teatrları ilə sıx əməkdaşlıq edir. Onun repertuarına rus və Qərbi Avropa bəstəkarlarının 50-dən artıq opera və balet tamaşası daxildir.
Beloruslu dirijorun idarə edəcəyi tamaşada əsas partiyaları isə Teatrın balet truppasının aparıcı solistləri Nigar İbrahimova (Jizel), Elmira Mikayılova (Mirta), Əməkdar Artist Gülağası Mirzəyev (Albert) və b. ifa edəcəklər.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti